Prezident seçilmək üçün yaş məhdudiyyəti götürülə bilər


01:16     19 İyul 2016 ceee56b24d26f8a9c190e46ba5896b0e.jpg

Azərbaycanda prezident seçkilərində iştirak etməklə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur.


Femida.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində qeyd olunub.

Layihədəki təkliflərdən biri də prezidentlik müddətinin “5” ildən “7” ilə qədər artırılması ilə bağlıdır.

Yeni dəyişiklik layihəsində Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək hüququ tanınması da təklif olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1502