Ərdoğan Fətullah Güləndən müsahibə alanlardan danışdı - VİDEO


16:27     19 İyul 2016 ans60.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişə cəhd zamanı dövlətə verdiyi dəstəyə görə yerli KİV-lərə təşəkkür edib.


Femida.az xəbər verir ki, Ərdoğan xalq qarşısında zamanı Fətullah Güləni təbliğ edən yerli və xarici KİV-lərə müraciət ünlanlayıb.

“Bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm. ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin mətbuat nümayəndəsi Ben Ladendən müsahibə aldımı?. Əgər belə bir hal baş versəydi, ABŞ-ın buna nə reaksiya nə olardı?.

İndi Amerikada 400 kv.m ərazidə məskunlaşan terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər? Mən özüm hər gün bir beynəlxalq mediaya müsahibə verib, o adamın əsl simasını nümayiş etdirəcəm” - deyə, o əlavə edib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.



Femida.az

Açar sözlər:

Oxunub: 5434