Ərdoğanın daha bir yaxın adamı həbs edilib


20:07     19 İyul 2016 bank%20hebs.jpg

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı aparılan yoxlamalar zamanı prezident Rəcəb Tayyib Ərdoğanın daha bir yavəri Erkan Kıvrak saxlanıb.


Femida.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, prezidentin aviasiya məsələləri üzrə yavəri olan polkovnik-leytinant Erkan Kıvrak Antalyada saxta şəxsiyyət vəsiqəs ilə istirahət edərkən tutulub.

Digər məlumata görə, 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar Türkiyə Nazirlər Kabinetinin binasında axtarışlar yekunlaşıb. Nəticədə Nazirlər Kabinetinin 257 əməkdaşı, Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin isə 492 əməkdaşı işdən çıxarılıb.

Çoxlu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1487