Millət vəkili prezidentlə görüşdü


20:10     20 İyul 2016 1469013490.jpg

Qənirə Paşayeva Şimali Kipr Prezidenti Mustafa Akıncı ilə görüşüb.


Femida.az xəbər verir ki, Azadlıq Hərəkatının 42-ci ildönümü ilə bağlı Şimali Kipr parlament sədrinin dəvəti ilə bu ölkəyə səfər edən millət vəkili Qənirə Paşayeva Mustafa Akıncı ilə görüşdə əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu deyib.

“Türk dünyasının bu çətin dönəmində birliyimizi daha da gücləndirməliyik”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kipr problemi ilə bağlı geniş müzakirə aparılıb.

Şimali Kipr prezidenti ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb.

Tədbirdə Türkiyədən yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə bərabər, bir sıra ölkələrdən olan nazirlər, millət vəkilləri, ictimai-siyasi xadimlər də iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1509