Millət vəkili NATO PA-nın seminarına qatılacaq


20:57     04 Noyabr 2017 melahet_ibrahim-15.jpg

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.


Milli Məclisin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Səfər noyabrın 10-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 685