Millət vəkili dünyanı etiraza səslədi


18:38     06 İyul 2017 qenire2.jpg

Millət vəkili Q.Paşayeva İspaniyada Krans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malta Prezidenti Mari Luis Loleiro-Prekaya, Aralıq Dənizi Birliyinin Baş katibi Fathallah Sijilmassi, Solomon Adalarının naziri Samuel Manetoaliye, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangreye və Afrika ölkələrinin tanınmış QHT rəhbərləri, təşkilat nümayəndələri ilə görüşüb.


Femida.az xəbər verir ki, Qənirə Paşayeva görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhradan və rəsmi İrəvanın cinayətlərindən söz açıb.

Millət vəkili “bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini yüksəltməlidir”, - deyib və beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb.

Qənirə Paşayeva onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə geniş məlumatlar verib.

Femida.az

Açar sözlər:

Oxunub: 911