Dünyanın ən varlı adamı odur


21:08     22 İyul 2016 bg4.jpg

"Microsoft"un yaradıcısı Bill Geyts "Bloomberg Billionaires Index"in versiyasına görə, dünyanın ən zəngin adamı seçilib.


Femida.azxəbər verir ki, B.Geytsin var-dövləti 89 milyard dollar qiymətləndirilib.
İkinci yerdə "İnditex" pərakəndə şirkətlərinin rəhbəri Amansio Orteqa (73 milyard dollar) qərarlaşıb. "Amazon" onlayn alış-veriş şəbəkəsinin təsisçisi Ceff Bezos (65,1 milyard dollar) 3-cü pilləyə yüksəlib. "Berkshire Hathaway Inc." şirkətinin rəhbəri Uorren Baffeti (65 milyard dollar) isə xeyriyyəçiliyə 2,9 milyard dollar sərf etdiyindən dördüncü sıraya düşüb.

Açar sözlər:

Oxunub: 2052