Əmisi oğlunu öldürən şəxsin Apellyasiya Məhkəməsi başlayıb


14:28     26 İyul 2016 1398947325_mehkeme3.jpg

Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Elşən Nəsirovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.


Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Qeyd edək ki, Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsərək qətlə yetirib. Hadisə
2015-ci ilin noyabrında Bakıda baş verib. Elşən Nəsirov məhkəmədə bildirib ki, Elnur Nəsirovun əmisi qızı ilə yox, universitetdə birlikdə oxuduğu başqa qızla evləndiyi üçün onu öldürüb. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunan Elşən Nəsirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 597