Əmisi oğlunu qətlə yetirdi


14:09     19 Oktyabr 2017 bicaqlanma0.jpg

Paytaxtda qətl hadisəsi baş verib.


Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov doğma əmisi oğlu 1988-ci il təvəllüdlü Şəki şəhər sakini, Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.İsgəndərov P.İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndəov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 706