Əmisi oğlunu bıçaqladı - Gəncədə mülk üstündə dava


00:57     13 Aprel 2017 bicaq.jpeg

Gəncədə bıçaqlanma olub.

Şəhər sakini 1971-ci il təvəllüdlü İsmayılov Natiq Şəmil oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. İsmayılov mülk üstündə düşən dava zamanı əmisi oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 944