Ərdoğan Putinlə nəyi müzakirə edəcək?


19:41     28 İyul 2016 14287390085528d3c01b0c0.jpg

Putinlə Ərdoğanın yaxın vaxtlara planlaşdırılan görüşündə terrorizmə qarşı birgə mübarizə məsələsi ələ alınacaq.


Femida.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, prezidentlərin görüşündə əsas müzakirə olunan məsələlər sırasında İŞİD və Əl Nusra terrorçu qruplaşmalarına qarşı birgə mübarizə ön planda olacaq.

Qeyd edək ki, avqustun 9-da Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Rusiyanın Sankt-Peterburq şəhərində danışıqlar masası arxasına əyləşəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1549