Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb


22:59     29 İyul 2016 bugda.jpg

Azərbaycan Rusiyadan idxal etdiyi taxılın həcmini xeyli azaldıb.


Femida.az Report-a istinadən bildirir ki, Azərbaycana 2015/2016 kənd təsərrüfatı ilində Rusiyadan idxal edilən taxılın həcmi 5,7%-dən 3,6%-ə düşüb.

Beləliklə, Azərbaycanın Rusiyadan aldığı taxılın miqdarı 1,72 milyon tondan 1,21milyon tonadək azalıb. Bu dövrdə Rusiyanın Səudiyyə Ərəbistanına da taxıl ixracında cüzi azalma müşahidə edilib. Ərəb ölkəsinin Rusiyadan aldığı 2, 65 milyon ton taxılın miqdarı 2,4 milyon tona düşüb. Bu ölkənin Rusiyanın ümumi taxıl ixracında payı 8,8%-dən 7%-dək azalıb.

Türkiyə də Rusiyadan aldığı taxılın miqdarını 27% - 4,34 milyon tona kimi azaldıb. Türkiyənin payı 19,7%-dən 12,7%-ə düşüb. Rusiya taxılının əsas alıcılarından hesab edilən İran da idxalı 23% azaldıb.

Rusiyadan İrana ixrac edilən taxılın miqdarı 2,88 milyon tondan 2,22 milyon tona, Rusiyanın ümumi taxıl ixracında payı isə 9,6%-dən 6,5%-ə qədər azalıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiyanın 106 milyon ton taxıl istehsal edəcəyi və bunun 30 mln. tonunun ixraca yönəldiləcəyi gözlənilir. Əlverişli şəraitdə isə bu rəqəmlərin müvafiq olaraq 110 milyon ton və 34-35 milyon ton olacağı ehtimal edilir.

Açar sözlər:

Oxunub: 763