Azərbaycan nefti ucuzlaşdı


15:29     30 İyul 2016 1437132485_neft.jpg

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 41,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar azalaraq 42,46 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti isə 0,28 dollar və yaxud 0,63 faiz ucuzlaşıb. Belə ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 43,97 dollara bərabər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1126