Ərdoğanın yavəri ordudan xaric olundu


15:50     31 İyul 2016 def194e21f98a2e3457acb03d2310150.jpg

FETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.


Femida.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc edilib.

Ordudan ixrac edilənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkkan da var.

Femida.az

Açar sözlər:

Oxunub: 1431