Gürcüstanın yeni müdafiə naziri təyin olunub


22:05     01 Avqust 2016 gurcustan%20mudafie1.jpg

Levan İzoriya Gürcüstanın müdafiə naziri təyin edilib.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.

Qeyd edək ki, İzoriyadan əvvəl Gürcüstanın müdafiə naziri Tina Xidaşeli olub. O, dünən istefaya gedib. Xidaşeli bir müddət öncə “Gürcü Arzusu” fraksiyasından ayrılan Respublikaçılar Partiyasının üzvüdür.

İzoriya bundan öncə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin sədr müavini vəzifəsini tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 1062