Prezident sinqapurlu həmkarını təbrik edib


00:14     09 Avqust 2016 prezident%20imza%20pl255.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib.


Femida.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Açar sözlər:

Oxunub: 1242