Azərbaycan Rusiyadan 10 ədəd təyyarə alacaq


04:31     09 Avqust 2016 teyyar.jpg

Azərbaycan Rusiyadan ən azı 10 ədəd "MS-21" tipli təyyarənin alınmasına dair müqaviləni 2017-ci ilin fevral ayında imzalaya bilər.


"Report" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin məlumat verib.

"Azərbaycan Rusiyanın "MS-21" təyyarələrini almaqda maraqlıdır. Bu təyyarənin ilk uçuşundan sonra, biz planlaşdırırıq ki, bu, ya cari ilin sonunda, ya da 2017-ci ilin əvvəlində baş verəcək. Biz fevral ayında ən azı 10 "MS-21" təyyarəsinin satışına dair müqavilə imzalamaq niyyətindəyik", - deyə Roqozin Bakıda jurnalistlərə bildirib.

Açar sözlər:

Oxunub: 1768