Putin təcili təhlükəsizlik toplantısı çağırdı


16:10     11 Avqust 2016 1418895708_putin_zumapress.jpg

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik toplantısını çağırıb.


Femida.az xəbər verir ki, toplantıda ukraynalı xüsusi təyinatlıların Krıma sızma cəhdi müzakirə olunub.

Xatırladaq ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terrorun qarşısını alıb.

FTX-nin saytında verilən məlumata görə, yarımadada terror törətməyə cəhd edən şəxslər Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçiblər. Diversantlar avqustun 7-də Armyansk şəhərində ələ keçiriliblər. Onların yaxalanması əməliyyatı zamanı bir nəfər FTX əməkdaşı həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 982