ABŞ Ankaraya nümayəndə göndərir - Gülənə görə


19:30     12 Avqust 2016 fethullah-gulen-75.jpg

ABŞ hökuməti Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib.


Femida.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

İranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 1057