Həmkəndlisini maşınla vurdu - Şəkidə qəza


14:03     13 Avqust 2016 qeza83.jpg

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 12-də rayonun Qoxmuq kənd yolunda qeydə alınıb. Qoxmuq kənd sakini Babək Əsgər oğlu Əliyev idarə etdiyi “QAZ 24” markalı, 10 CX 446 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmkəndlisi, 1960-cı il təvəllüdlü Xədirə Vələt qızı Abdurahmanovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Abdurahmanova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Açar sözlər:

Oxunub: 1535