Həmkəndlisini baltalayaraq öldürdü
16:41 19 Avqust 2017
Quba rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, avqustun 18-də Quba rayonunun Cimi kəndi ərazisindən kənd sakini Vətən Əhmədov baş nahiyəsindən yetirilən xəsarət ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avqustun 17-də V.Əhmədovla həmkəndlisi Maarif Alxasov arasında mübahisə baş verməsi və bununla əlaqədar avqustun 18-də V.Əhmədovun məsələyə aydınlıq gətirmək üçün M.Alxasovun evinə getməsi və baş vermiş münaqişə zamanı M.Alxasovun ona balta ilə xəsarət yetirməsi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alxasov tutulub.
Femida.az
Oxunub: 867
Oxşar xəbərlər
- Həmkəndlisini bıçaqlayan şəxs tutuldu
- Həmkəndlisini bıçaqlayan şəxsin cəzası azaldılıb
- Həmkəndlisini güllələdi - Qubada silahlı insident
- Həmkəndlisini öldürənə 14 il həbs
- Həmkəndlisini maşınla vurdu - Şəkidə qəza
- Həmkəndlisini qayçı ilə qətlə yetirdi
- Həmkəndlisini güllələyən kişi tutuldu - Hacıqabulda
- Həmkəndlisini güllələyərək öldürdü