Həmkəndlisini qayçı ilə qətlə yetirdi


19:50     21 Sentyabr 2015 _nojnitsami_142599411536.jpg

Beyləqan rayonunda qətl hadisəsi baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Beyləqan rayonunun Örənqala kəndindəki çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ş.Qəhrəmanov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1224