Həmkəndlisini güllələdi - Qubada silahlı insident


15:27     19 Dekabr 2016 ov_tufengi_3.jpg

Qubada silahlı insident olub.


Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Quba rayonunun Xaltan kəndində baş verib.

Kənd sakini Sərdar Aydəmirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində həmkəndlisi Məhəmməd İsgəndərov ayaq və bel nahiyələrindən xəsarət alıb. M. İsgəndərov xəstəxanaya yerləşdirilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən S. Aydəmirovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 925