Türkiyədən növbəti qara xəbər : 3 şəhid, 6 yaralı


19:36     18 Avqust 2016 bitlis%20terror.jpg

Türkiyə ordusu yenidən şəhid verib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bitlis əyalətinin Hizan qəsəbəsində terrorçular tərəfindən yola döşənmiş mina hərbi avtomobilin keçidi zamanı partladılıb.

Hadisə nəticəsində 3 əsgər şəhid olub, 6-sı yaralanıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçu PKK silahlılarının tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.

Qeyd edək ki, bu gün ərzində Türkiyədə törədilən 3-cü terror hadisəsidir.

Açar sözlər:

Oxunub: 1142