Azərbaycandan Türkiyəyə başsağlığı məktubu
13:43 22 Avqust 2016
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.
Femida.az-ın xəbərinə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.
Oxunub: 1057
Oxşar xəbərlər
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycandan pomidor və kartof ixracı artıb
- Azərbaycandan pomidor ixracı artıb
- Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub - Mədət Quliyevdən açıqlama
- Azərbaycandan Myanmadaki qətliamla bağlı AÇIQLAMA
- Azərbaycandan Həcc ziyarətinə gedənlər vergi ödəyəcək
- Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb
- Azərbaycandan Türkiyəyə gedənlərin çoxalıb
- Azərbaycandan xaricə turlar bahalaşdı
- Azərbaycandan Ermənistana xəbərdarlıq - Cavabımız sarsıdıcı olacaq