İraqda ərəb səfir qalmaqal yaratdı


01:12     29 Avqust 2016 Flag_of_Iraq_(2004-2008).svg.png

İraq Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanından Bağdaddakı səfiri Tamer əs-Sabahı dəyişməsini xahiş edib.


APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Bağdad bu xahişini səfirin sərt bəyanatları ilə əlaqələndirib.

İraqın şiə siyasətçiləri uzun müddətdir ki, Tamer əs-Sabahın İranın İraqda fəaliyyəti barədə bəyanatlarından narazıdırlar. Səfir İranın dəstəklədiyi iraqlı şiə döyüşçülərin sünnilərə münasibətdə sərt davrandığını, vəziyyəti gərginləşdirdiyini bildirir.

Tamer əs-Sabah Səudiyyə Ərəbistanının İraqdakı səfirliyi fəaliyyətə başladıqdan sonra təyin etdiyi ilk səfirdir.

Açar sözlər:

Oxunub: 1575