Yəməndə terror: 65 ölü


17:20     29 Avqust 2016 5742d4c42693f..jpeg

Yəmənin Ədən şəhərində terror aktı baş verib.


Femida.az-ın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze partlayıcı qurğu olan avtomobili binaların birinin içinə sürüb.

Nəticədə ən az 65 nəfər ölüb. 60 nəfər isə xəstəxanalara yerləşdirilib. Səlahiyyətli şəxslər bildiriblər ki, dağıntılar altından ölən və yaralılar çıxarılır.

Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1013