Yəməndə onlarla husi silahlısı öldürülüb


23:36     09 İyul 2017 49aa6065-613d-443b-afcf-2c8d3b12b485.jpg

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri Yəmənin Taiz vilayətində devrilmiş prezident Əli Abdulla Salihinin tərəfdarlarına və "Ənsərullah" hərəkatının obyektlərinə zərbələr endirib.


"Anadolu" agentliyinin yaydığı xəbərə görə, bu barədə Yəmən ordusunun polkovniki Əbdülbasıt əl-Bəhr məlumat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində onlarla döyüşçü öldürülüb. Polkovnik qeyd edib ki, koalisiya gəmiləri Qırmızı dənizdə (Taizdəki Əl-Muha limanında) husilərin Əl-Hamili rayonu ərazisindəki obyektlərinə zərbələr endiriblər.

Əl-bəhr həmçinin qeyd edib ki, atəş nəticəsində xeyli sayda avtomobil və silah anbarı da məhv edilib. Bundan əlavə, ərəb koalisiyasının Hərbi Hava Qüvvələri Taizin müxtəlif ərazilərində də husilərin və Salihinin tərəfdarlarının obyektlərinə zərbələr endirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1223