Yəməndə bazar bombalanıb - 22 ölü


03:00     12 Mart 2017 2c3ad256-2d83-45f0-b2bd-67adeb743720.jpg

Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.


Bu barədə məlumatı yerli məmura istinadən “Reuters” agentliyi yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib. Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1401