Aygün Bəylərin qardaşı tutuldu - Qohumunun ölümünə görə


20:44     29 Avqust 2016 aygun_beyler_06.jpg

İtkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulub.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.

*** Yenilənib 16 :44

Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

Açar sözlər:

Oxunub: 3900