Ərdoğan və Putin nəyi müzakirə edəcək?


03:42     31 Avqust 2016 erdogan%20putin.jpg

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Çində Akkuyu AES-i və “Türk Axını” layihəsi ilə bağlı müzakirələr aparması gözlənilir.


Femida.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

“Xançjou şəhərində planlaşdırılan görüşdə tərəflər arasında strateji layihələrlə bağlı fikir mübadiləsinin yürüdüləcək. Türkiyənin ilk Atom Elektrik Stansiyası olan “Akkuyu”nun inşası və “Türk Axını” layihəsi ilə bağlı Qara dənizdən keçəcək qaz boru xətlərini təhlükəsizliyi məsələsi müzakirə olunacaq”, - Uşakov bildirib.

Qeyd edək ki, prezidentlər 3 sentyabrda Çində bir araya gələcək.

Açar sözlər:

Oxunub: 1147