Türkiyədən ABŞ-a sərt cavab


19:41     31 Avqust 2016 ibrahim-kalin-dan-dikkat-ceken-sehit-edildi-6998874_x_8255_o.jpg

“ABŞ-ın Türkiyə ilə PYD və YPG-ni bir tutan açıqlamaları qəbuledilməzdir”.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri sərhəddə təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar keçirir:

“Əməliyyatların başlıca məqsədi ərazinin terrorçulardan təmizlənməsidir. Buna rəğmən, ABŞ-ın Türkiyə ilə PYD və YPG-ni bir tutan açıqlamaları qəbuledilməzdir”.

Türkiyənin PYD ilə razılaşması haqda iddialara gəlincə, Kalın bildirib:

“Türkiyənin PYD ilə hər hansı bir razılığa gəlməsi müzakirə mövzusu deyil. PKK-nın Suriya qolu olan PYD terror təşkilatıdır. Bu baxımdan Türkiyənin terror təşkilatı, onun hansısa qanadı ilə razılığa gəlmək niyyətində deyill”.

Femida.az

Açar sözlər:

Oxunub: 1094