Yəməndə küçəyə çıxmaq qadağan olundu


19:45     31 Avqust 2016 yemen6.jpg

Qarşıdurmaların davam etdiyi Yəmənin cənubundakı Zəncibarda 1 həftə müddətli gecə küçəyə çıxma qadağası elan edilib.


Yerli mənbələrdən alınan məlumata görə, bölgədəki məscidlərin səsucaldanlarından edilən anonsla ordunun ölkənin cənub sektorundakı Əbyən rayonuna bağlı Zəncibarda bir həftə ərzində 20.00-06.00 saatlarında küçəyə çıxmağı qadağan etdiyi bildirilib.

Həmçinin rayon sakinlərindən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmələri, verilən tapşırıqlara qarşı gəlməmələri, şübhəli hesab etdikləri hər vəziyyət barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmaları tələb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 867