FHN-in baş idarə rəisi suda boğuldu


15:04     02 Sentyabr 2016 rus%20reis.jpg

Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk vilayəti üzrə Baş İdarəsinin rəisi Oleq Fedyura vəzifə səlahiyyətlərini icra edərkən ölüb.


APA-nın məlumatına görə, bu barədə “Delta” agentliyi məlumat yayıb. Nazirlikdən faktı təsdiq ediblər.

Hadisə bu gün su bəndinin dağıldığı Çuquevsk rayonunun Uborka kəndində baş verib. Şahidlərin sözlərinə görə, onlar kömək gözləyərkən Şumnıy qəsəbəsindən Uborka kəndinə doğru hərəkət edən "Kamaz" markalı maşın aşıb və xilasedicilərlə birlikdə suda batıb. Avtomobilin gövdəsində olanlar xilas olsa da, kabinədə olan idarə rəisi və əməkdaş boğulublar. Onların meyitləri hələ də sudan çıxarılmayıb.

Açar sözlər:

Oxunub: 4312