FHN-in əməkdaşı çempion oldu
18:42 11 Aprel 2017
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında respublika çempionatı keçirilib. Çempionatda 15 komanda və 100-dən çox idmançı gücünü sınayıb.
Femida.az xəbər verir ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilən çempionatda Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kiloqram çəki dərəcəsində gücünü sınayıb. İdmançı sol qolda rəqiblərinə üstün gələrək birinci yerə, sağ qolda isə üçüncü yerə layiq görülüb.
Sonda idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalib idmançını təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- FHN-in əsgəri intihara cəhd edib
- FHN-in helikopteri Gürcüstana köməyə gedib
- FHN-in helikopterləri Gürcüstandadır
- FHN-in işçiləri barəsində cinayət işi açılıb
- FHN-in yüksək vəzifəli əməkdaşı vəfat edib
- FHN-in 40 əməkdaşına mənzil verilib
- FHN-in əməkdaşı 1-ci yeri tutub
- FHN-in idarə rəisi fəlakət zonasında öldü
- FHN-in baş idarə rəisi suda boğuldu
- FHN-in zabitləri Rusiyadan geri dönür