FHN-in helikopteri Gürcüstana köməyə gedib
23:55 30 Avqust 2017
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus “Ka-32A” helikopteri Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub.
Femida.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 30-da xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib.
Xatırladaq ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Yanğının 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.
Femida.az
Oxunub: 862
Oxşar xəbərlər
- FHN-in əsgəri intihara cəhd edib
- FHN-in helikopterləri Gürcüstandadır
- FHN-in işçiləri barəsində cinayət işi açılıb
- FHN-in yüksək vəzifəli əməkdaşı vəfat edib
- FHN-in əməkdaşı çempion oldu
- FHN-in 40 əməkdaşına mənzil verilib
- FHN-in əməkdaşı 1-ci yeri tutub
- FHN-in idarə rəisi fəlakət zonasında öldü
- FHN-in baş idarə rəisi suda boğuldu
- FHN-in zabitləri Rusiyadan geri dönür