Xırdalanda ev yandı


23:58     04 Sentyabr 2016 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64015.jpg

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb.



Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1177