Masallıda istirahət mərkəzi yanıb


13:19     05 Sentyabr 2016 azvisionyangin069.jpg

Bu gecə Samux rayonu, Çobanabadlı kəndində “Azərişıq” ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Qəriblər kəndində isə vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 64 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 968