İsmayıllıda atları kəsib satan şəxs saxlanıldı - VİDEO


18:26     05 Sentyabr 2016 at%20eti3.jpg

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində May ayından Sentyabr ayına kimi 3 dəfə qanunsuz at ətinin satışı ilə məşğul olan şəxsi saxlayıb.


Femida.az Kanal S - ə istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə qanunsuz olaraq rayonun Qarabaş qəsəbəsinin yanında yerləşən fermanın damı altında 3 baş at kəsərkən yerindəcə tutulub.

300 kq-a yaxın at əti müsadirə olunub və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşlarına təhvil verilib. Ət müayinə üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrdə at ətinin heyvan qidası üçün yararlı olub olmadığı yoxlanılacaq, nəticə müsbət olarsa Bakı Heyvanat Parkına göndəriləcək. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1917