AŞPA həmməruzəçiləri Azərbaycana gələcək - SƏBƏB
15:20 07 Sentyabr 2016
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.
Femida.az-ın AŞPA-ya istinadən verdiyi məlumata görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib. Məlumata görə, AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.
Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.
Qeyd edək ki, büro iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib.
Femida.az
Oxunub: 1140
Oxşar xəbərlər
- AŞPA-nın yeni prezidenti seçilib
- AŞPA həmməruzəçiləri Oqtay Əsədovla görüşüb
- AŞPA həmməruzəçiləri Bakıya gəlir
- AŞPA həmməruzəçiləri Bakıya gəlir
- AŞPA həmməruzəçiləri Azərbaycanı müzakirə edəcək
- AŞPA həmməruzəçiləri Azərbaycana gələcək
- AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı
- AŞPA-nın yay sessiyası başlayır
- AŞPA həmməruzəçisi ilə görüş keçirilib - Ombudsman aparatında
- AŞPA həmməruzəçiləri Bakıya gəlir - Mühüm görüşlər olacaq