Belarusda parlament seçkiləri keçirilir


15:19     11 Sentyabr 2016 big_1419494660_secki.jpg

Bu gün Belarusda parlament seçkiləri keçirilir.


Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə 7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18 seçki məntəqəsi açılıb.

Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparır. Seçkiləri yerli i və beynəlxalq müşahidəçilər izləyirlər. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçkinin nəticələrinin bu gecə açıqlanacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 615