Belarusda Nar bayramı keçiriləcək


04:14     23 Sentyabr 2016 nar%20bay.jpg

“Belarusda Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinə istinadla xəbər verir ki, oktyabrın 1-də Belarus paytaxtında Nar bayramı keçiriləcək.


Tədbirin qonaqlarını zəngin konsert proqramı gözləyir. Azərbaycan milli musiqisi və “Qafqaz əfsanələri”, “Sarı gəlin” kollektivlərinin rəqsləri ilə yanaşı, konsertdə “Eurovision – 2015” uşaq müsabiqəsində Belarusu təmsil edən Ruslan Aslanov, “Türkvision – 2015” beynəlxalq müsabiqəsinin belaruslu iştirakçısı Saşa Kazımov, Gənclər Estrada Teatrının solisti Şir çıxış edəcəklər. Populyar Belarus müğənnisi Günəş Abbasova, eləcə də bayramın xüsusi qonağı, müğənni-bəstəkar Elcan Rzayev (Hollandiya) öz mahnılarını tamaşaçılara ərməğan edəcək.

Konsertdən başqa, bayram iştirakçılarını Azərbaycanın milli yeməklərinin hazırlanmasına dair “ustad dərsləri”, nar şirəsi sıxmaq, parlaq idman yarışı – Azərbaycan güləşi, milli üslubda fotozona təqdim ediləcək. Nərd həvəskarları üçün də meydança təşkil olunacaq.

Bayramda Azərbaycanın milli mətbəxinin dadlı yeməklərini, şirniyyatlarını, məşhur Azərbaycan çayını dadmaq imkanı da olacaq. Tədbir çərçivəsində unikal Azərbaycan hədiyyələrinin satış-sərgisi keçiriləcək.

Nar bayramının təşkilatçıları Minsk Şəhər İcraiyyə Komitəsi və “Belarusda Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyidir.

Açar sözlər:

Oxunub: 1182