SOCAR 100 milyon kredit alır
17:21 15 Sentyabr 2016
SOCAR respublikanın qazlaşdırılması işlərinin davam etdirilməsi üçün əlavə 100 milyon manat məbləğində kredit cəlb edəcək.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. O qeyd edib ki, həmin kredit Azərbaycan Beynəlxalq Bankı tərəfindən 10 il müddətinə veriləcək.
Azərbaycan Metanol Şirkətinin (“AzMeCo”) metanol zavodu bu ilin sonunadək SOCAR-ın mülkiyyətinə keçə bilər deyən Süleyman Qasımov bildirib ki, SOCAR hazırda məhkəmənin müvafiq qərarını gözləyir. Qərara əsasən zavod borclarına görə “Aqrarkredit” bank olmayan kredit təşkilatının sərəncamına keçəcək. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq.
Femida.az
Oxunub: 1108
Oxşar xəbərlər
- SOCAR 6,8 mln. ton neft hasil edib
- SOCAR Avstriyada iki şirkət alıb
- SOCAR-da çalışan əlillərin sayı açıqlanıb
- SOCAR-la `Özbəkneftqaz` əməkdaşlığı genişləndirir
- SOCAR bazara mühərrik yağları çıxarır
- SOCAR büdcəyə 1,3 milyard ödəyib
- SOCAR-ın yeni baş ofisi neçəyə başa gəlib?
- SOCAR-ın avtobusu piyadanı vuraraq öldürdü
- SOCAR Maltaya ötürəcəyi qazın həcmini açıqladı
- SOCAR-ın iki müəssisəsi birləşdi