Putin Atambayevə hədiyyə aldı


20:19     16 Sentyabr 2016 159940_src.jpg

Az əvvəl Rusiya prezidenti Vladimir Putinin təyyarəsi MDB sammitinin keçirildiyi Bişkekin hava limanına enib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sabah sentyabrın 17-də Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcək və 60 illik yubileyi münasibətilə onu təbrik edəcək. Uşakov Putinin Qırğızıstan prezidentinə hədiyyə də hazırladığını deyib.

Jurnalistlər bu hədiyyənin nədən ibarət olduğu haqda Bişkekdə xarici işlər naziri Sergey Lavrovdan soruşublar. Lavrov hədiyyənin nə olduğunu açıqlamayıb: “Bu, başqasının sirridir və o qədər şəxsi xarakter daşıyır ki, mən heç bu mövzuya girməyi məsləhət görməzdim. Bu, mənim sürprizim deyil, istənilən hədiyyə sürprizdir. Gəlin, bunu müzakirə etməyək”

Femida.az

Açar sözlər:

Oxunub: 1044