İŞİD lideri məhv edilib - Pentaqon


15:25     17 Sentyabr 2016 isid244.jpg

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koalisiya qüvvələrinin hava hücumları nəticəsində Suriyada İŞİD-in əsas liderlərindən birinin öldürüldüyünü açıqlayıb.


Pentaqon sözçüsü Peter Cook yazılı açıqlmasında bildirib ki, İŞİD-in "informasiya naziri", "Dr. Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayad Rakka yaxınlığında öldürülüb.

"Dr.Vail İŞİD-in işgəncə və edamlarının əks olunduğu videoların hazırlanması və yayılmasına cavabdeh şəxs olub. Bundan başqa, o, İŞİD-in Yüksək Şurasının da üzvü idi. Dr.Vail sentyabrın 7-də öldürülüb", - deyə sözçü bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1234