Prezident Administrasiyası rəhbərinin müavini qəzada öldü


22:49     18 Sentyabr 2016 kiev899557.jpg

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.


TASS agentliyinin verdiyi məlumata görə, bunu Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo deyib.

İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.

Qeyd edək ki, A. Taranov 26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1370