Əhalinin gəlirləri artıb


15:09     19 Sentyabr 2016 valyuta_manat_0257.jpg

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz artaraq 28972,4 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3011,7 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 26275,4 milyon manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1024