AŞPA Azərbaycana müşahidəçilər göndərir


14:00     21 Sentyabr 2016 43-referendum_immagi114.jpg

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün 7 nəfərdən ibarət qiymətləndirici missiya göndərəcək.


AŞPA-nın mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə gələcək.

Nümayəndə heyətinə Aleksandr Nikoloski (Makedoniya) başçılıq edəcək.

Nümayəndə heyətinin tərkibinə bu şəxslər daxildir:

Andrea Riqoni (İtaliya)
Yanaki Stoylov (Bolqarıstan)
Antonio Qutyerres (İspaniya)
Dominik Tarjinski (Polşa)
Ştefan Şennax (Avstriya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi
Sezar Florin Preda (Rumıniya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi.

Azərbaycana səfər zamanı nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, həmçinin vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşləri planlaşdırır.

Referendum günü nümayəndə heyətinin üzvləri seçki məntəqələrində olacaqlar.

AŞPA nümayəndə heyətinin rəhbəri sentyabrın 27-də Bakıda keçirəcəyi mətbuat konfransında referendumun monitorinqininin nəticələrinə dair öz fikirlərini açıqlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1080