Ərdoğan uyğur türkləri üçün görün, nə dedi?


15:25     10 İyul 2015 erdogan-uygur-turklerine-yapilan-baski-iddialara-7495186_x_3836_o.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında səfirlərə verilən iftarda Çində uyğurlara qarşı təzyiqlər və bunun yaratdığı reaksiyalara münasibət bildirib.

Femida.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o, İstanbuldakı etirazlardan danışarkən bildirib ki, Çində uyğurlar türklərinin oruc tutmasına əngəllər İstanbulda yolverilməz hadisələrə səbəb olub:

"Mediada dolaşan, bir qismi də yalan olan xəbərlərdən sonra İstanbulda haqq qazandıra bilməyəcəyimiz hadisələr baş verdi. Ölkəmizə gəzməyə, yaşamağa gələn Şərqi Asiyadan olan qonaqların can və mal təhlükəsizliyi bizim namusumuzdur. İstanbulda yaşanan provakasiyalar bizə yaraşmaz. Təxribatçıların oyununa getməyin".

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son anda dəyişiklik olmasa, 28 iyulda Çinə rəsmi səfər edəcəyi deyilmişdi. İftar süfrəsində Ərdoğan bu səfərə də toxunub:

"Bu ay sonu Çinə səfər edəcəm. Çin səfəri ərəfəsindəki proseslər düşündürücüdür. Bu axşam bunu sizlə bölüşmək istəyirəm. Dünyanın hər yerində bizim soydaşlarımız var. Baş verən bütün hadisələr bizi yaxından maraqlandırır”.

Qeyd edək ki, Ərdoğan 2012-ci ildə etdiyi Çin səfərini Şərqi Türküstandan başlamışdı. Ərdoğan Urumçidə təntənə ilə qarşılanmışdı.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1860