Putin dostunu Dumaya sədr gətirir


19:31     23 Sentyabr 2016 1474628298.jpg

Rusiya prezidenti Vladimir Putin yeddinci çağırış Dövlət Dumasının spikeri vəzifəsinə Vyaçeslav Volodinin namizədliyini irəli sürüb.


Putin bu barədə Dumaya keçirilən seçkilərin yekunlarına dair parlament partiyalarının liderləri ilə görüşündə bildirib:

"Dövlət Dumasının yeni sədrinin seçilməsi məsələsi qaldırılıb. Bu, deputat korpusunun işidir. Lakin mən və Dmitri Medvedev bütün hallarda "Vahid Rusiya" partiyasının namizədi Vyaşeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik. İstərdim ki, sizi bu barədə xəbərdar edək. Fraksiya lideri kimi mümkün hesab edirsinizsə, buna birlikdə reaksiya vermək lazımdır”.

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə partiyasının əvvəllər deputat olmuş şəxsin spiker olmasının tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Vyaçeslav Volodin bu vaxta kimi Rusiya Prezident Administrasiyasının sədrinin müavini vəzifəsində çalışıb. O, 7-ci çağırış Dövlət Dumasına “Vahid Rusiya” Partiyasının ümumi siyahısında deputat mandatı qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1209